Xaricə gedənlərin nəzərinə — Kiçik məbləğ, böyük risk

Bu gün, 09:24           
Xaricə gedənlərin nəzərinə —
Yay mövsümündə xaricə istirahətə gedənlərin sayı kəskin artır. Lakin çox insan səyahət sığortasının vacibliyini unudur. Xaricdə təcili tibbi yardım böyük xərc tələb edir. Sığorta olmadıqda kiçik xəstəlik belə ciddi maliyyə zərəri vurur.

Demokrat.az-a mövzu ilə bağlı danışan turizm eksperti Ceyhun Aşurov deyib ki, xarici səfərlərdə sığorta çox əhəmiyyətlidir və turizm şirkətlərindən alınan tur paketlərdə turizm şirkəti bilavasitə özü məsuliyyət daşıyır ki, sığortanı da həmin paketə daxil etsin:

“Çünki əslində bu sığortanın elə də yüksək qiyməti yoxdur. Təxminən gündəlik 2 dollara yaxın sığorta xərci olur ki, bu da ümumi xərclərdə çox cüzi bir pay tutur. Yaxşı olar ki, fərdi səyahətlərdə də insanlar səyahət sığortası əldə etsinlər. Çünki səyahət sığortası bizi gözlənilməz hallardan və ya xoşagəlməz hadisələr zamanı yarana biləcək xərclərdən qoruyur, müəyyən xərclərimizi əvvəlcədən qarşılamış olur”.

Ekspertin sözlərinə görə, xüsusən də səyahət müddətində hər hansı bir hadisə baş verərsə, xəstəliklə əlaqədar xoşagəlməz hal yaranarsa, sığorta franşiza xərcləri istisna olmaqla, demək olar ki, bütün xərcləri qarşılayır:

“Bu sığortanın təminat məbləği də müddətdən asılı olaraq 30 min avro və daha artıq ola bilər. Gedilən ölkədən asılı olaraq sığorta tələbləri müəyyən qədər fərqlənə bilər. Amma ümumilikdə tibbi sığorta səyahətlərimizi daha təhlükəsiz və güvənli keçirməyimizə imkan yaradır”.

Beləliklə, cüzi məbləğ ödəməklə xaricdəki böyük təhlükələrdən və gözlənilməz xərclərdən tam qorunmaq mümkündür.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru