UEFA Avropa Liqası: "Qarabağ" Bolqarıstan təmsilçisinə qarşı

Bu gün, 09:05           
UEFA Avropa Liqası: "Qarabağ" Bolqarıstan təmsilçisinə qarşı
Bu gün təmsilçimiz "Qarabağ" avrokuboklarda növbəti oyununa çıxır.

Oxu.Az xəbər verir ki, Ağdam təmsilçisi UEFA Avropa Liqasının II təsnifat mərhələsinin cavab matçında doğma meydanda Bolqarıstanın "ÇSKA Sofiya" komandası ilə qarşılaşacaq.

Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq qarşılaşmaya Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.

Qeyd edək ki, "Qarabağ" ilk mərhələdə İslandiyanın "Vestri" klubunu iki oyunun nəticəsinə əsasən 6:0 hesabı ilə məğlub edib.

"ÇSKA Sofiya" isə hər iki oyunda Şimali İrlandiyanın "Derri Siti" klubundan üstün olub - 2:1 və 3:2.

Xatırladaq ki, "Qarabağ" və "ÇSKA Sofiya" klubları arasında cavab oyunu iyulun 30-da keçiriləcək.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru