Ermənilərin təkidi ilə Nadir (1735-ci ildə - O.M) Üçkilsədə də oldu. Nadir kilsəyə daxil olanda erməni keşişləri ona səcdə edərək təzim etdilər. Nadir göstərdiyi yardıma əlavə olaraq ona belə sədaqət nümayiş etdirən erməni keşişlərinə bahalı hədiyyələr verdi. Kilsəyə isə bir neçə böyük qəndil(çilçıraq) bağışladı. Bu qəndillərin hər biri xalis qızıldan olub xeyli ağır idi. Onlar kilsənin tavanından asıldı. Tarix elmləri doktoru Mehman Süleymanov Azərbaycan Tarixi