"Ərəb-islam qoşunlarının qarşısında dayanan, ona müqavimət göstərə bilən yeganə xalq türklər olmuşlar"
Bu gün, 10:04

"Ərəb-islam qoşunlarının qarşısında dayanan, ona müqavimət göstərə bilən yeganə xalq türklər olmuşlar (Bu fikir ərəb və dünya tarixşünaslığında etiraf olunur). Məsələn, Xəzərlər öz müstəqilliklərini qorumaq üçün ərəblərə qarşı 100 il müharibə apardılar. Dünya tarixşünaslığının etiraf etdiyi kimi, "hərbdə əvəzedilməz", "təhlükədən qorxmayan", Avropanı, Çin İmperiyasını diz çökdürən türklər nəyə görə sayca onlardan qat-qat az olan ərəblərə məğlub oldular?
Ərəblər müqəddəs yaradıcı qüvvə olan vahid Allah, hamı üçün eyni dərəcədə müqəddəs olan anlayışlar, onların bütün hiss, emosiya və düşüncələrini vahid məcraya yönəldəcək inam və etiqadlar məcmusu olan İslam ideologiyasına malik idilər. Odur ki, ərəb toplumu, vahid orqanizm kimi bütün enerjisini ümumi məqsədə, vahid istiqamətə, obyektə yönəldə bilirdi.Türklər, o cümlədən Azərbaycan türkləri əxlaq, xarakter, davranış stereotipi cəhətdən qonşu xalqlar arasında yüksək qiymətləndirilsələr də, onlarda vahid milli ideologiya hələ yaranmamışdı.Türklərin bir hissəsi Tenqriçi, bir hissəsi Zərdüştlük, bir hissəsi Xristian, bir hissəsi isə bütpərəst olaraq qalırdı. Türklər arasında Tenqriçilik və Zərdüştlük dinləri təkallahlıq istiqamətində böyük inkişaf yolu keçsə də, hələ ona tam gəlib çata bilməmişdi".
Tarix üzrə fəlsəfə doktoru X. Xəlillinin "Azərbaycan türklərinin etnogenezi və milli inkişaf tarixi" kitabından.
Bəs sizcə Babək və ordusu ərəblərə nə üçün məğlub olmuşdu?
Azərbaycanlıların səhifəsi

