Kiyev Moskvanı darmadağın etməyə qərar verdi...

Bu gün, 10:18           
Kiyev Moskvanı darmadağın etməyə qərar verdi...
Ukrayna Rusiyanın ərazisinə endirilən uzaqmənzilli zərbələrin miqyasını genişləndirməyi və müdafiə strategiyası çərçivəsində Moskvaya qarşı texnoloji təzyiqi artırmağı planlaşdırır.

TEREF xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri vəzifəsini icra edən Yevgeni Xmara Silahlı Qüvvələrin baş komandanı Mixail Drapatı ilə keçirdiyi görüşdən sonra sosial şəbəkə hesabında məlumat verib.

O bildirib ki, əsas məqsəd Prezident Volodimir Zelenskinin tapşırıqlarını yerinə yetirmək və Müdafiə Qüvvələrinin maksimum səmərəli fəaliyyətini təmin etməkdir.

Xmara bildirib ki, prioritet istiqamətlər arasında döyüş əməliyyatlarının asimmetrik həllər vasitəsilə Rusiya ərazisinə keçirilməsi, yeni texnologiyaların inkişafı, ordunun uzaqmənzilli zərbə vasitələri ilə təmin olunması və yerüstü robotlaşdırılmış komplekslərin genişləndirilməsi, eləcə də ukraynalı hərbçilərin həyatının qorunması yer alır.

Onun sözlərinə görə, Ukrayna Müdafiə Nazirliyi və Baş Qərargah Rusiyanı uzunmüddətli sülhə məcbur edəcək praktik addımlar üzərində də işləyir.

“Baş komandanla gələcəyə dair baxışlarımızı da müzakirə etdik. Ukrayna Müdafiə Qüvvələrinin inkişafı ilə bağlı ortaq mövqeyimiz var. Prezident Volodimir Zelenski də bu baxışı dəstəkləyib”, – deyə Xmara vurğulayıb./Globalinfo.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru