İnsanlığın sonu, vəhşiliyə keçidin başlanğıcı, ağıl təfəkkürün error verdiyi psixopatiyadır bu VİDEO

Bu gün, 09:38           
İnsanlığın sonu, vəhşiliyə keçidin başlanğıcı, ağıl təfəkkürün error verdiyi psixopatiyadır bu  VİDEO
Görün bir nələr danışır, Rusiya vilayətlərindən birisinin rəhbər xanımı Mariya Kostyuk Putinə:
"Valideynlər ölən oğullarının ölkə tarixinin bir hissəsinə çevrildiyini bilməkdən başqa bir şey istəmirlər. Onlar üçün övladlarının (Ukraynada) ölümü vacib lazımdır ki, ölkə (Rusiya) yaşasın. Onlar (valideynlər) başqa heç nə də istəmirlər".
Bu, yerli məmur qadının danışığından nə çıxır?
Valideynlər uşaqlarının yaşamasını istəmirlər. Valideynlər uşaqlarını qucaqlamaq, əzizləmək, onlarla təmasda olub söhbət etmək istəmirlər.
Belə çıxır, valideynlər uşaqlarının qırılması ilə, gələcək öz övladlarının olmasını da istəmirlər.
Yəni, valideynlər Putinin Ukrayna hoqqasının, avantürasının uşaqlarını udub, 200 N-li yeşik möhtəviyyatınə, nəşinə çevirməsini istəyirlər.
Bunu qadın, ana, kiminsə həyat yoldaşı deyir. Bunu vilayətində nə qədər insana ağalıq edən qadın danışır. Putin də dayanıb, sakitcə baxır. Çünki qadın Putinin eşitmək istədiyini danışır. Qadın, haqsız işğalda ölümə haqq qazandırır.
İnsanlığın sonu, vəhşiliyə keçidin başlanğıcı, ağıl təfəkkürün error verdiyi psixopatiyadır bu.
İlqar Altay













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru