“Nikoil Bank”ın 10 filialı bağlanıb- 46 milyon manat zərərdə

19-09-2018, 21:02           
“Nikoil Bank”ın 10 filialı bağlanıb- 46 milyon manat zərərdə
“Nikoil Bank” devalvasiya proseslərindən sonra 3 ildir ki, mənfəət əldə edə bilmir.


Son 3 ildə bankın zəzər “şousu”...

“Nikoil Bank”ın devalvasiyadan sonrakı maliyyə hesabatına əsasən, bank, 2016-ci ilin sonunu 148 milyon 538 min manat zərərlə başa çatdırıb. 2017-ci ilin sonuna isə, bank zərərini kəskin azaldaraq 2 milyon 708 min manat etmişdi. Lakin, “Nikoil Bank”ın 2018-ci ilin yarısına olan zərəri 45 milyon 860 min manata çatıb.

Bankın son illərdə fəaliyyəti hansı işlərdən ibarət olub?

“Nikoil Bank” devalvasiya proseslərinin təsirindən sonra zərərlə işləməyə başlayıb. Bu zərərlər nəticəsində filiallarının sayı 2 dəfə azalıb. Bank, 2016-ci ildə 20 filial ilə fəaliyyət göstərirdisə, bu rəqəm cari ilin yarımillik yekununda 10-a (10 filial bağlanıb) bərabər olub. Bunun nəticəsində bankın işçi heyəti də kəskin azalıb.

“Nikoil Bank” problemli kreditlərdən əziyyət çəkən banklar arasındadır. Belə ki, son 3 ildə bankın kredit portfeli 15% azaldıb.

Qeyd edək ki, “Nikoil Bank”ın səhmdarları sırasında yerli şirkətlər (TOPAZ Investments, ISR Holding) və fiziki şəxslər olsa da, son benefisiar Rusiyanın neft-qaz nəhəngi "LUKOIL"-ın rəhbəri Vahid Ələkbərovdur. (kommersant.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru