Tramp: ABŞ-nin Ukrayna üzrə sülh planı Rusiyanı qane edir

8-12-2025, 12:18           
Tramp: ABŞ-nin Ukrayna üzrə sülh planı Rusiyanı qane edir
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Vaşinqtonun Ukrayna münaqişəsinin nizamlanmasına dair təqdim etdiyi 28 bəndlik sülh planı Rusiyanı ümumilikdə qane edir.

Tramp bu barədə Kennedi adına İncəsənət Mərkəzində jurnalistlərlə söhbəti zamanı bildirib:

“Düşünürəm ki, Rusiyanı bu təklif qane edir”, – deyə o qeyd edib.

ABŞ noyabr ayında Ukrayna üzrə 28 bəndlik plan təqdim etmişdi. Sənəd Kiyev və Avropa tərəfdaşlarında narazılıq yaratmış, onlar layihəni ciddi şəkildə dəyişməyə çalışmışdılar.

23 noyabrda ABŞ və Ukrayna arasında Cenevrədə məsləhətləşmələr keçirilib. Daha sonra Tramp bildirmişdi ki, plan Moskva və Kiyevin mövqeləri nəzərə alınmaqla yenilənib və yalnız bir neçə mübahisəli məsələ qalıb./teleqraf.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru