Zelenskidən Trampa cavab: Seçkilərə hazıram

10-12-2025, 10:24           
Zelenskidən Trampa cavab: Seçkilərə hazıram
Ukrayna Prezidenti Volodimir Zelenski seçkilərə hazır olduğunu açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə o, İtaliyanın Baş naziri Corcio Meloni ilə görüşündə bildirib.

Zelenski italyan jurnalistlərin sualına cavab olaraq “mən həmişə seçkilərə hazıram” deyib.

Daha öncə ABŞ Prezidenti Donald Tramp "Politico"ya müsahibəsində Ukraynada seçkilərin keçirilməsinin vaxtının çatdığını söyləyib.

Zelenski növbəti dəfə Ukrayna prezidentliyinə namizəd olmaq niyyətindədir. Onun Ukrayna prezidenti kimi səlahiyyət müddəti 2024-cü il mayın 20-də başa çatıb. Elan edilən hərbi vəziyyətə görə yeni lider üçün seçkilər keçirilməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru