İsrailin Bakıdakı səfiri təkzib etdi: "Bu məqalə saxtadır"

31-07-2017, 23:39           

İsrailin ölkəmizdəki səfiri Dan Stav “Haaretz” qəzetində Azərbaycanla bağlı qərəzli məqalənin dərc olunmasına münasibət bildirib.


AzVision.az-ın məlumatına görə, səfir məsələ ilə bağlı bəyanat yayıb və bildirib ki, “Haaretz” qəzetinin adından yayılan məqalə saxtadır.

“Belə bir məqalə İsrail KİV-lərində yayımlanmayıb. Turizm naziri Yariv Levin heç vaxt bu saxta xəbərdə yer alan fikirləri deməyib” - deyə səfir vurğulayıb.

Qeyd edək ki, iyulun 30-da İsrailin “Haaretz” qəzeti Azərbaycanla bağlı yalan və böhtandan ibarət növbəti yazı dərc edib. Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov İsrail qəzetini sərgilədiyi qərəzli mövqeyə görə sərt tənqid edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru