"Azimport" Meydan TV-ni məhkəməyə verir

24-02-2016, 00:56           
"Azimport" Meydan TV-ni məhkəməyə verir
“Azimport” şirkəti Meydan TV-ni məhkəməyə verib.

Buna səbəbə fevralın 22-də Meydan TV-də dərc olunan “10 il tender qalibi olan ”Azimport”” başlıqlı araşdırma yazısıdır. Yazıda şirkətin əslində kimə məxsusluğu, gördüyü işlər, daimi tenderlərin qalibi olması barədə məlumatlar dərc olunub.

Araşdırmada şirkətin rəhbərliyində təmsil olunan Azər Əsgərovun, eləcə də barəsində ittiham səsləndirilən hər kəsin münasibəti qeyd edilib.

Virtualaz.org saytının məhkəmə ilə bağlı məlumatında qeyd olunur ki, Azər Əsgərovla bağlı göstərilən faktlar jurnalist fantaziyasından başqa bir şey deyil. Adı çəkilən şirkətdən bildiriblər ki, nə Azər Əsgərov, nə də ki şirkərin digər nümayəndələrindən heç biri Meydan TV-yə müsahibə verməyib. Bununla bağlı “Azimport” şirkəti və A.Əsgərov Baş prokurorluğa və məhkəmə orqanlarına müracət edib.

Meydan TV isə “Azimport” şirkətinə ünvanlanan sorğunun cavabını, eləcə də Azər Əsgərovun səs yazısını təqdim edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru