Zakir Qaralovun şirkətləri “qara siyahı”ya salındı

17-10-2025, 10:14           
Zakir Qaralovun şirkətləri “qara siyahı”ya salındı
"Akkord" şirkətlər qrupuna daxil olan iki şirkət riskli vergi ödəyicisi siyahısına daxil edilib.

Sitat.info xəbər verir ki, söhbət "Akkord Qum" MMC-dən və "Akkordian Traden" MMC-dən gedir.

Qeyd olunub ki, hazırda "Akkordian Traden"in 110 min manatdan çox vergi borcu mövcuddur.

Bundan başqa, qrupa daxil olan "Akkord Hydrotechnical Construction Company"nin də külli miqdarda vergi borcu yaranıb. Belə ki, hazırda şirkətin borcu 1 milyon 194 min manat təşkil edir.

Bundan əlavə, sözügedən şirkət müxtəlif illərdə Vergi Məcəlləsinə uyğun olaraq vergi hesabatını və ya onu əvəz edən arayışı vaxtında təqdim etmədiyinə görə dəfələrlə cərimələnib.

Qeyd edək ki, "Akkord" şirkətlər qrupu sabiq baş prokuror Zakir Qaralova məxsusdur












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru