“Fireland Vineyards” MMC-nin vergidən yayınıb, şirkətin dövlətə olan borcu açıqlanıb

17-10-2025, 12:34           
“Fireland Vineyards” MMC-nin vergidən yayınıb, şirkətin dövlətə olan borcu açıqlanıb
Azərbaycanda vergi öhdəliklərini vaxtında yerinə yetirməyən müəssisələr sırasında növbəti ad “Fireland Vineyards” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) oldu.
Bizimyol.info xəbər verir ki, şirkətin hazırda dövlət büdcəsi qarşısında 25,059.45 manat məbləğində vergi borcu mövcuddur. Bu barədə məlumat Vergilər Nazirliyinin müvafiq elektron sistemindən əldə olunub.

Bununla yanaşı, “Fireland Vineyards” MMC-nin 2008–2015-ci illəri əhatə edən dövrdə sistemli şəkildə vergi hesabatlarını və ya onu əvəz edən arayışları müəyyən olunmuş müddətdə təqdim etmədiyi məlum olub.

Həmin dövr ərzində şirkətə cəmi 12 inzibati pozuntu halı üzrə ümumilikdə 480 manat maliyyə sanksiyası tətbiq olunub. Sanksiyalar aşağıdakı kimi qeydə alınıb:

2010 və 2011-ci illərdə – hər biri üzrə 3 hal, ümumilikdə 240 manat (hər il üçün 120 manat),
2012-ci ildə – 2 hal üzrə 80 manat,
2008, 2013, 2014 və 2015-ci illərin hər birində – 1 hal üzrə 40 manat.
Yəni, şirkətin vergi hesabatlarında gecikmələr tək-tək illərlə deyil, ardıcıl və davamlı şəkildə baş verib. Bu isə vergi öhdəliklərinə qarşı müntəzəm səhlənkarlıq və məsuliyyətsizlik göstəricisi kimi qiymətləndirilə bilər.

Maraqlı məqam odur ki, bu qədər pozuntuya və mövcud borca baxmayaraq, “Fireland Vineyards” MMC “riskli vergi ödəyicisi” statusunda deyil. Şirkət həmçinin ƏDV qeydiyyatındadır.

Maliyyə və vergi sahəsi üzrə ekspertlər hesab edirlər ki, belə hallar vergi intizamı ilə bağlı nəzarət mexanizmlərinin gücləndirilməsinə və şəffaf hesabatlılıq sisteminin daha sərt tətbiqinə ehtiyac olduğunu göstərir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru