663 min manat vergi borcu olan şirkət cərimələrə məhəl qoymur – “MƏRƏNDİ” MMC illərlə hesabat verməyib

17-10-2025, 16:14           
663 min manat vergi borcu olan şirkət cərimələrə məhəl qoymur –
663 min manat vergi borcu olan şirkət cərimələrə məhəl qoymur – “MƏRƏNDİ” MMC illərlə hesabat verməyib
“MƏRƏNDİ” Məhdud Məsuliyyətli Cəmiyyəti dövlət büdcəsinə qarşı ciddi maliyyə öhdəliklərini yerinə yetirmir.
“Bizimyol.info” xəbər verir ki, şirkətin (VÖEN: 1304526921) Vergilər Nazirliyinin məlumat bazasında 663,872.17 manat məbləğində vergi borcu qeydə alınıb. Bu azmış kimi, müəssisə 2019, 2020, 2021 və 2024-cü illərdə vergi hesabatlarını qanunvericiliyin tələblərinə uyğun olaraq vaxtında təqdim etmədiyi üçün ardıcıl maliyyə sanksiyalarına məruz qalıb.

Təfərrüatlar belədir:

2019 – 1 hal üzrə 40 manat,
2020 – 1 hal üzrə 40 manat,
2021– 3 hal üzrə ümumilikdə 120 manat,
2024 – 2 hal üzrə ümumilikdə 80 manat.
Buna baxmayaraq, “MƏRƏNDİ” MMC riskli vergi ödəyicisi hesab olunmur və ƏDV qeydiyyatındadır.

Mütəxəssislər hesab edir ki, bu qədər yüksək məbləğli borcu olan şirkətlərin vergi hesabatlarını təkrar-təkrar gecikdirməsi dövlət nəzarətinin gücləndirilməsinin vacibliyini ortaya qoyur.

Bu qədər borcu olan şirkətlər necə fəaliyyətini davam etdirir? Kiçik sahibkarlar azca gecikməyə görə cərimələnərkən, milyonlarla borcu olanlara niyə “toxunulmur”?












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru