"Qatara görə işə gecikənlər müvafiq arayışı almaq üçün bir neçə gün sonra yox, həmin gün müraciət etməlidir"
17-10-2025, 07:24

"ADY qatarlarında texniki nasazlıq, hava şəraiti və eləcə də fövqəladə vəziyyətlər zamanı gecikmələr baş verə bilər. Qatarda baş verən gecikmələrlə bağlı vətəndaşlar vağzal növbətçisinə yaxınlaşaraq iş yerinə təqdim etmək üçün arayış əldə edə bilər. Əgər sərnişin qatarın gecikməsi səbəbindən işə gecikibsə, bu zaman vağzal növbətçisinə yaxınlaşaraq iş yerinə təqdim etmək üçün arayış əldə edib, çalışdığı yerə təqdim edə bilər". Bu barədə yerli mətbuatda Azərbaycan Dəmir Yollarına istinadla xəbər verilib.
Hansı hallarda və hansı formada arayış verilə bilər?
Arayışın keçərli olduğu qurumlar hansıdır?
Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin Kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Bəxtiyar Hacıyev bildirib ki, ərizə qısamüddətli, yəni, məsələn; 2-3 dəqiqəlik gecikmələr deyil, uzunmüddətli gecikmələr, məsələn; 20, 30, 40 dəqiqə nəzərdə tutulur.
“Azərbaycan Dəmir Yolları” QSC-nin Kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Bəxtiyar Hacıyev “Azərbaycan Dəmir Yolları” QSC-nin Kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Bəxtiyar Hacıyev
“Əgər sərnişin qatarın gecikməsi səbəbindən işə gecikibsə və bununla əlaqədar onun işlədiyi yerdə problem yaranırsa, bu zaman vağzal növbətçisinə yaxınlaşaraq iş yerinə təqdim edilməsi üçün arayış əldə edə bilər.
Burada gecikmə dedikdə qısamüddətli, yəni, məsələn, 2-3 dəqiqəlik gecikmələr deyil, uzunmüddətli gecikmələr, məsələn; 20, 30, 40 dəqiqə nəzərdə tutulur.
Ümumilikdə, Azərbaycan Dəmir Yollarında qatarların hərəkətində uzunmüddətli gecikmələr çox nadir hallarda qeydə alınır, bu səbəbdən arayışla bağlı müraciətlər azdır. Nəzərə almaq lazımdır ki, müvafiq arayışın alınması üçün bir neçə gün sonra yox, həmin gün müraciət etmək lazımdır”-deyə “Azərbaycan Dəmir Yolları” QSC-nin Kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Bəxtiyar Hacıyev qeyd edib.

