İndidə “Nur” çörəyinin içindən qurd çıxdı-Video

18-10-2025, 10:34           
İndidə “Nur” çörəyinin içindən qurd çıxdı-Video
“Nur” çörək zavodunun çörəyindən ölü qurd çıxdı Paytaxt sakini aldığı “Nur” markalı çörəyin içərisindən ölü qurd tapıb.
Hadisə sosial şəbəkələrdə paylaşıldıqdan sonra geniş müzakirələrə səbəb olub. İddialara görə, vətəndaş çörəyi paytaxtın supermarketlərindən birindən alıb.
Evdə çörəyi kəsərkən içərisində ölü qurdun olduğunu görüb və görüntüləri ictimailəşdirib. Sosial media istifadəçiləri məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyini (AQTA) araşdırma aparmağa çağırıblar.
Qurumdan isə hələlik rəsmi açıqlama verilməyib. Mütəxəssislər bildirirlər ki, belə halların qarşısını almaq üçün istehsal müəssisələrində sanitar-gigiyenik normalara ciddi əməl olunmalı, məhsullar mütəmadi şəkildə yoxlanmalıdır.
Qeyd edək ki, “Nur” çörək zavodu bir müddətdir bazarda geniş satış şəbəkəsinə malikdir. Hadisə ilə bağlı zavod rəhbərliyindən mövqe almağa çalışırıq. Patrul.az
Qeyd edək ki, bir müddət öncə xəbər vermişdi ki,çörəyin içindən polietilen paket çıxıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru