2026-cı il üzrə daxili və xarici borclanmanın yuxarı həddi müəyyənləşib 18-10-2025, 09:44 2026-ci ildə üzrə Azərbaycanın xarici dövlət borclanmasının yuxarı həddi (limiti) 6 milyard manat olacaq.Teleqraf xəbər verir ki, bu barədə, Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində qeyd olunub.Əlavə olaraq, gələn il üzrə daxili dövlət borclanmasının yuxarı həddi (limiti) 2 milyard manat olacağı gözlənilir.2026-cı ildə veriləcək dövlət zəmanətlərinin məbləğinin yuxarı həddi (limiti) isə 3 milyard manat məbləğində təsdiq edilib. Facebook-da paylaş