Qeyri-şəffaf proses... “Qanunsuz tikiliyə, kiminsə zəbt edilmiş torpağına prinsipcə çıxarılış verilməli deyil”

18-10-2025, 15:14           
Qeyri-şəffaf proses...
Paytaxtda kifayət qədər çıxarışı olmayan evlər və torpaq sahələri var. Artıq Bakı və Abşeron yarımadasında bu cür ev və torpaq sahələrinə çıxarışın verilməsinə başlanılıb. Ancaq elə ərazilər var ki, orda mülkiyyətlərə ümumiyyətlə, çıxarış verilməyəcək.
Bələdiyyə sənədi ilə tikilən evlərin aqibəti necə olacaq?

Məsələ ilə bağlı Bizimyol.info portalına danışan iqtisadçı-ekspert Əkrəm Həsənov bildirib ki, bütövlükdə bu proses kifayət qədər qeyri-şəffafdır.

Əkrəm Həsənov Əkrəm Həsənov
“Burda əsas məsələ odur ki, qanunsuz tikiliyə, prinsipcə çıxarılış verilməli deyil. Çıxarış vətəndaşın torpağının və üstündəki tikilisinin, evinin, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı deməkdir. Əgər qanunsuz tikilidirsə, ona prinsipcə çıxarılış verilməli deyil. Başqasının torpağını zəbt edibsə, ona çıxarılış verilməli deyil. Əgər o torpaq sahəsinin alqı-satqısını bələdiyyə və ya dövlət mümkün hesab edirsə, o torpağı dövlətdən və yaxud bələdiyyədən pulla ala bilər. Bütövlükdə bu proses kifayət qədər qeyri-şəffafdır. Vahid qaydalar yoxdur. Vahid yanaşma yoxdur. Niyə birinə verirlər? Digərinə vermirlər? Nəyi qanuni hesab edirlər? Nəyi qanunsuz hesab edirlər? Niyə bu proses korrupsiya mənbəyidir? Bilirsiniz, bu proses dövlət məmurları və bələdiyyə əməkdaşları üçün yem mənbəyidir. Buna görə də bəyan etmirlər ki, hansı hallarda verirlər, hansı hallarda yox. Qanunvericilik məlumdur. Gərək qanuni olsun ki, yaxud gəlib pulu ilə alsın ki, vətəndaşa çıxarışı versinlər. Vətəndaşın doğrudan da qanuni əsası varsa, gedib haqqını tələb edir, məhkəməyə verir və alır. Amma güman edirəm ki, belə hallar çox deyil”-deyə Əkrəm Həsənov qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru