Bakıda ailə evindən çıxarıldı – Övladları küçədə dərs oxuyurlar – VİDEO

18-10-2025, 15:44           
Bakıda ailə evindən çıxarıldı – Övladları küçədə dərs oxuyurlar – VİDEO
Ətrafa dağılan ev əşyaları, tələm-tələsik yığılmış pal-paltar… Yağışlı havada küçədə dərs hazırlayan uşaq. Çarəsizcə dağılan evinin əşyalarına baxan ata…

Xəzər TV xəbər verir ki, bu, Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsi, 5-9 ünvanında yaşayan, dördüncü gündür küçədə gecələyən bir ailənin mənzərəsidir.

Şikayətçi iddia edir ki, 25 ildir bu ünvanda yaşayırlar. Evlərinin bir hissəsinin sənədləri qaydasında olmasa da, onlara bu günə qədər evdən çıxmaq üçün heç bir tələbnamə ilə müraciət edilməyib.

Ev sakini Esmira Şahbazova deyir ki, bu dörd gündə onların halını heç kim gəlib soruşmur, xəstə atası, anası, körpə balaları ilə soyuğun, yağışın altındadır. Gəlib-gedən də qəribə baxır.

Məsələ ilə bağlı Nəsimi Rayon İcra Hakimiyyətinə müraciət edilib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru