Narinc Rüstəmovanın rəhbəri olduğu mərkəz vergidən necə yayınıb?

19-10-2025, 10:24           
Narinc Rüstəmovanın rəhbəri olduğu mərkəz vergidən necə yayınıb?
“NARINC GƏNCƏ PSİXOLOGİYA MƏRKƏZİ” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində operativ vergi nəzarəti çərçivəsində inzibati tədbir görülüb.

MMC-yə Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmaması səbəbilə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilib.

Qərar Operativ vergi nəzarəti üzrə tərtib olunmuş AKT əsasında qəbul olunub. Vergi orqanları tərəfindən bu cür sanksiyalar, əsasən, kassa aparatlarından istifadə qaydalarının pozulması, nağd hesablaşmaların qeyri-qanuni aparılması və digər oxşar hallarla əlaqədar tətbiq edilir.

Şirkətin qanuni təmsilçisi Narinc Rüstəmova Məsud qızıdır.

Qeyd edək ki, vergi nəzarəti tədbirləri sahibkarlıq subyektlərində şəffaf maliyyə əməliyyatlarının təmin olunması və vergidən yayınma hallarının qarşısının alınması məqsədi daşıyır.32gun.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru