Əhalinin banklardakı əmanətləri 1 milyarddan çox artıb

20-10-2025, 16:14           
Əhalinin banklardakı əmanətləri 1 milyarddan çox artıb
Əhalinin banklardakı əmanətləri artıb.

Cari ilin sentyabrın 1-i vəziyyətinə əhalinin banklardakı əmanətlərinin məbləği 15 milyard 460,6 milyon manat təşkil edib.

Valyuta.az xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyard 275,1 milyon və ya 8,98% artım deməkdir.

Xatırladaq ki, 2024-cü ilin müvafiq dövründə əhalinin banklardakı əmanətləri 14 milyard 185,5 milyon manat olub.

Statistikaya görə, bu məbləğin 10 milyard 495,5 milyon manatı milli valyutada, 4 milyard 965,1 milyon manatı isə xarici valyutada toplanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru