Hansı bankda nə qədər depozit yerləşdirilib? - ABB-də kəskin azalma var

20-10-2025, 16:41           
Hansı bankda nə qədər depozit yerləşdirilib? - ABB-də kəskin azalma var
Bu ilin ilk 9 ayının yekununa olan məlumata görə, Azərbaycanda fəaliyyət göstərən 22 bankda yerləşdirilən cəmi depozitlərin həcmi 36 milyard 552,2 milyon manat olub.

Yeniavaz.com xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə bankların depozit portfeli 493,3 milyon manat və ya 1,4% artıb.

Qeyd edək ki, banklar arasında ən yüksək depozit portfeli “Kapital Bank” ASC-yə məxsus olub. Bu ilin ilk 3 rübünün yekununda “Kapital Bank”a yerləşdirilən depozitlərin həcmi 8 milyard 670,9 milyon manat olub.

Qeyd edək ki, son bir ildə “Kapital Bank”da depozitlərin həcmi 9,2% və ya 733,2 milyon manat artıb.

Ötən ilin ilk 3 rübündə ən böyük depozit portfelinə sahib olan Azərbaycan Beynəlxalq Bankındakı (ABB) depozitlər son bir ildə 10,7% və ya 1 milyard 38,2 milyon manat azalaraq 8 milyard 627 milyon manata düşüb.
Cədvəldə bankların son 2 ilin ilk 3 rübündəki depozit portfeli əks olunub:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru