Türkmənistanda AMEA prezidentinə itlərə verilən “Alabay” medalı verilibmiş

20-10-2025, 16:47           
Türkmənistanda AMEA prezidentinə itlərə verilən “Alabay” medalı verilibmiş
Hüquqşünas Aqil Layıc Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəylinin 2024-cü ildə Türkmənistan Respublikası tərəfindən layiq görüldüyü “Alabay” mükafatı ilə bağlı maraqlı məlumatı üzə çıxarıb.

Tribunainfo.az saytı xəbər verir ki, hüquqşünasın paylaşdığı məlumata görə, Alabay Türkmənbaşının sevimli itinin adıdır:

“Elmlər Akademiyasının prezidenti İsa Həbibbəylinin təltifləri arasında belə bir məlumat gördüm.
2024-cü ildə Türkmənistan Respublikası tərəfindən “Alabay” mükafatına layiq görülüb. Alabay Türkmənbaşının sevimli itidir. Bəlkə də akademikə “albay” adı ilə bu titulu soxuşdurublar.
Türmənistanda Alabay adlı bir medal var, amma yarışan tərəflər itlər olur. Türkmənistanda Alabay günü də var.
Türkmənistanda Alabayın başqa mənası varmı?!”.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru