15 saylı uşaq poliklinikasında rentgen aparatı işləmir-Şikayət/VİDEO

21-10-2025, 12:38           
15 saylı uşaq poliklinikasında rentgen aparatı işləmir-Şikayət/VİDEO
Bakının Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən 15 saylı uşaq poliklinikasında rentgen aparatı işləmir.

Bu barədə vətəndaşlar “Xəzər Xəbər”ə müraciətində qeyd ediblər.

Xezerxeber.az-ın məlumatına görə, onlar bildiriblər ki, Bayılda yerləşən 15 saylı uşaq poliklinikasında bu vəziyyət uzun müddətdir davam edir.

İstər müayinələr üçün poliklinikaya müraciət etməli olan, istərsə də uşağı qəfil xəsarət alan valideyn məcbur olur ya daha uzaq məsafəyə yollansın, ya da özəl xəstəxanaya üz tutsunlar.

Məsələ ilə bağlı TƏBİB-dən “Xəzər Xəbər”in sorğusuna cavab olaraq bildirildi ki, Bakı Baş Səhiyyə Mərkəzinin nəzdində olan 15 nömrəli uşaq poliklinikasında fəaliyyət göstərən rentgen avadanlıqlarının yenilənməsi istiqamətində işlər sürətləndirilib. Sözügedən tibb müəssisəsi yaxın günlərdə yeni rentgen və digər tibbi avadanlıqlarla tam təchiz ediləcək. O da qeyd edildi ki, vətəndaşlara göstərilən tibbi xidmətlərə əlçatanlığın təmin olunması və tibbi xidmətlərin gecikməməsi üçün vətəndaşlar müvəqqəti olaraq qeyd edilən müayinələr üçün yaxınlıqda olan digər ilkin səhiyyə xidməti müəssisələrinə yönləndirilirlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru