Neftçalada sakinlərin kabusuna çevrilən problem niyə həll edilmir? VİDEO

21-10-2025, 15:34           
Neftçalada sakinlərin kabusuna çevrilən problem niyə həll edilmir?  VİDEO
Neftçalada Kür çayı üzərindəki körpü qəzalı vəziyyətdədir. Uzunluğu 300, eni 8 metr olan yol ötürücüsü 1991-ci ildə istifadəyə verilib.

Hər an təhlükə ilə üz-üzə qalan sakinlər aidiyyəti qurumdan kömək istəyirlər. "Körpü neçə ildir qəzalı vəziyyətdədir. Buradan keçən maşınlar dərələrə düşürlər. Belə şey olmaz, problem həll olunmalıdır", -sakinlərdən biri söyləyib.

Digər bir vətəndaş isə belə deyib: "Gecə vaxtı burada hərəkət etmək çox təhlükəlidir. Körpünün ortası uçub, buradan keçəndə maşının salamat yeri qalmır".

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, sözügedən ərazidə körpünün inşası ilə bağlı qurum tərəfindən təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim olunub: "Həmin təkliflər əsasında maliyyə vəsaiti ayrılan kimi ərazidə tərəfimizdən yeni körpünün inşasına başlanılacaq".

Daha ətraflı Baku TV-nin videomaterialında:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru