“Manato” bağlanır? – Kredit verilməsi məhdudlaşdırıldı

22-10-2025, 07:14           
“Manato” bağlanır? – Kredit verilməsi məhdudlaşdırıldı
“SF Azerbaijan” şirkətinə məxsus “Manato”kredit təşkilatına məhdudiyyət qoyulub.

TEREF xəbər verir ki, milli.Az-ın əldə etdiyi məlumata görə, artıq bir müddətdir ki, “Manato” kredit verilməsini dayandırıb.

Sayta daxil olub, kredit əldə etmək istəyən vətəndaşlar ilk baxışda texniki xəta olduğunu düşünürlər, lakin kredit verilməsi dayandırılıb.

Hazırda şirkət borcların toplanması işi ilə məşğuldur.

Məhdudiyyətin yaxın zamanlarda aradan qaldırılıb-qaldırılmayacağı isə məlum deyil.

Qeyd edək ki, “SF Azerbaijan” Latviyanın “Sun Finance Group” şirkəti tərəfindən yaradılıb. Azərbaycanda bu şirkət “Manato” və “Pulum.az” əmtənişanları adı altında fəaliyyət göstərir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]