“İstanbul NS” klinikası bağlanır?

22-10-2025, 12:29           
“İstanbul NS” klinikası bağlanır?
Bakıda fəaliyyət göstərən “İstanbul NS” klinikasının külli miqdarda vergi borcu yaranıb.
TEREF teleqraf-a istinadən xəbər verir ki, hazırda klinikanın dövlətə 77 750 manat vergi borcu var.
Sözügedən klinika daha öncə İnzibati Xətallar Məcəlləsinin tələblərini pozduğuna görə məhkəməlik olub. Belə ki, klinika barədə ali və ya orta ixtisas tibb təhsili olmayan, habelə qanunda nəzərdə tutulmuş sertifikasiya şəhadətnaməsi olmayan və ya qüvvədə olmayan şəxslərin praktiki tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına dair iddia qaldırılıb.
Qeyd edək ki, “İstanbul NS” klinikasının qanuni təmsilçisi Nəsirov Azər Qənbər Oğludur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]