Şirvanda qeyri-müəyyənlik - İlqar Abbasov Mehdiyevin güdazına gedə bilər...

22-10-2025, 12:29           
Şirvanda qeyri-müəyyənlik -
Ramiz Mehdiyevin vətənə xəyanət və hakimiyyəti devirməyə cəhd ittihamları ilə həbs olunması bir çox məmurlara, o cümlədən icra başçılarına qarşı olan etimadı sarsıdıb.

AzFakt.com-un əldə etdiyi məlumata görə, belə icra başçılarından biri də Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovdur. Qeyd edək ki, İlqar Abbasov Ramiz Mehdiyev tərəfindən vəzifə ilə mükafatlandırılan məmurlardan biri kimi tanınır. Suraxanının keçmiş, Şirvanın isə hazırkı icra başçısısının Ramiz Mehdiyevə yaxınlığı çoxlarına məlumdur və bu uzun illər davam edən bir yaxınlıqdır.

Şirvandan əldə etdiyimiz məlumatda isə bildirilir ki, icra hakimiyyətində süstlük hökm sürür və icra hakimiyyətinin sıravi əməkdaşları yaxın zamanda yeni başçı təyinatı gözləntisi içindədirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]