Ət bahalaşdı: 21 (3) manata təklif olunur

23-10-2025, 00:11           
Ət bahalaşdı: 21 (3) manata təklif olunur
Bakıda mal ətinin qiymətində artım müşahidə edilir.

XALQ-ın məlumatına görə, həm sümüklü, həm də sümüksüz mal əti bahalaşıb.

Qiymət artımının 2-3 manat aralığında olduğu bildirilir. Hazırda qiymətlər 21-23 manat arasında dəyişir.

Satıcılar qiymət artımını heyvan azlığı ilə əlaqələndirirlər.Mütəxəssislər hesab edirlər ki, heyvanların sayında azalma, erkən kəsmələrin artması və xəstəliklərin geniş yayılması fonunda ət təchizatında ciddi risklər formalaşır.

“Əgər xəstəliklə bağlı təchizatda çatışmazlıq baş verərsə, qiymət 25-30 manat aralığına yüksələ bilər. Daha ağır vəziyyətdə isə bu rəqəm 30-35 manatadək arta bilər. Lakin bu proqnozlar vəziyyətin gedişatına və aidiyyəti strukturların reaksiyasına görə dəyişə bilər. Prosesi nə qədər tez və effektiv şəkildə idarə etmək mümkün olarsa, qiymət artımı da bir o qədər sabit qala bilər”,- deyə A.Nəsirli bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]