Yanacaqdoldurma və qaz təchizatı obyektləri ilə bağlı yeni qərar qəbul edilib

22-10-2025, 19:56           
Yanacaqdoldurma və qaz təchizatı obyektləri ilə bağlı yeni qərar qəbul edilib
İqtisadiyyat Nazirliyinin Kollegiyası yanacaqdoldurma və qaz təchizatı obyektlərinin quraşdırılması və istismarı fəaliyyət növü üzrə "Lisenziya müqaviləsinin forması və bağlanılma Qaydası"nı təsdiqləyib.
"Report" xəbər verir ki, bununla bağlı Kollegiyanın sədri, nazir Mikayıl Cabbarov yeni qərar imzalayıb.

Qərara əsasən, hüquqi şəxsə, xarici hüquqi şəxsin filialına, nümayəndəliyinə və fərdi sahibkara həmin fəaliyyət növünə lisenziya verildiyi tarixdən 30 gün müddətində nazirliklə lisenziya sahibi arasında lisenziya müqaviləsi bağlanılır.

Lisenziya müqaviləsi yazılı formada, müddətsiz bağlanılmalıdır. Bu müqavilə lisenziya verildiyi tarixdən 30 gün müddətində bağlanmadıqda, lisenziya hüquqi nəticələr yaratmır.

Nazirliyin Hüquq şöbəsinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]