İmişlidə pambıqyığan kombayn çatışmazlığı yaşanır, məhsul itkiyə gedir - VİDEO

23-10-2025, 11:14           
İmişlidə pambıqyığan kombayn çatışmazlığı yaşanır, məhsul itkiyə gedir - VİDEO
İmişlidə pambıqyığan kombayn çatışmazlığı yaşanır, məhsul itkiyə gedir
İmişli rayonunda pambıqyığan kombayn çatışmazlığı yaşanır.

Xezerxeber.az-ın məlumatına görə, pambıq əkini ilə məşğul olan fermerlər sahələrdə bol məhsul yetişdirsələr də, məhsulu yığıb zavoda təhvil verə bilmirlər. Buna səbəb pambıqyığan kombaynların olmamasıdır.

İmişlinin Gövhərli kəndindən olan fermerlər bildirirlər ki, pambıq yığılmamışdan öncə sahələr dərmanlanır ki, qozalar tam açılsın və məhsul itkiyə getməsin. 15 gün ərzində də məhsul yığılmalıdır. Sahələr 2 aydan çoxdur ki, dərmanlanmasına baxmayaraq, pambıq hələ yığılmayıb. Pambıq tam açıldığı üçün də məhsul yerə tökülür və xeyli itki olur.

Əgər bir neçə gün də belə davam etsə, fermerlər bu təsərrüfat ilini ciddi ziyanla başa vurmalı olacaqlar.

Fermerlərin müqavilə bağladıqları "Prime-Cotton" şirkətinin İmişli filalından "Xəzər Xəbər"ə bildirildi ki, mövcud vəziyyətdən onlar da məlumatlıdırlar. Hazırda pambıq sahələrində məhsul yığımı davam edir. Mərhələli şəkildə bütün sahələrdə məhsul yığımı aparılacaq. Fermerlərin kombayn çatışmazlığı ilə bağlı müraciəti nəzərə alınaraq şirkətin digər filiallarından əlavə texnikaların gətirilməsi üçün aidiyyəti üzrə müraciətlər olunub. Yaxın günlərdə problem öz həllini tapacaq.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru