ABŞ “Rosneft” və “Lukoyl”un ABŞ-dakı bütün aktivlərini dondurur –Yeni sanksiyalar

23-10-2025, 16:24           
ABŞ “Rosneft” və “Lukoyl”un ABŞ-dakı bütün aktivlərini dondurur –Yeni sanksiyalar
ABŞ Maliyyə Nazirliyi Moskvanı dərhal atəşi dayandırmağa və Ukraynadakı münaqişəyə son qoymaq üçün həqiqi danışıqlara başlamağa çağırır.

Bu barədə qurumun açıqlamasında deyilir.

Maliyyə naziri Bessent Rusiyaya qarşı sanksiayarın sərtləşdirildiyini elan edib.

“Rosneft” və “Lukoyl”un ABŞ-dakı bütün aktivləri, eləcə də onların 50% və ya daha çox paya sahib olduğu qurumların aktivləri dondurulacaq. Sanksiyalardan yayınmağa kömək edən ABŞ vətəndaşları cinayət məsuliyyətinə cəlb olunacaqlar. Sanksiyaların son məqsədi cəzalandırmaq deyil, davranışda müsbət dəyişikliklərə nail olmaqdır”, – Xəzinədarlıq Departamenti bildirib.

“Rusiya “ədalətli” şəkildə danışıqlar aparmır”, – ABŞ Maliyyə Naziri Bessent bildirib.

ABŞ-ın yeni sanksiyaları 28 Rosneft və 6 Lukoil törəmə müəssisəsinə şamil edilir.

Məhdudiyyətlər “Rosneft” və “Lukoyl”un 50%-dən çox nəzarət etdiyi qurumlara, hətta birbaşa sanksiyalar siyahısına daxil edilməsələr də, tətbiq edilir.

“ABŞ Avropa müttəfiqlərini, G7 ölkələrini, Kanada və Avstraliyanı sanksiyalara qoşulmağa çağırır”, – deyə əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]