Yasamalda söküntü adıyla yaşıllıqlar məhv edilir – Video

23-10-2025, 11:47           
Yasamalda söküntü adıyla yaşıllıqlar məhv edilir – Video
Yasamal rayonunda aparılan söküntü işləri zamanı yaşıllıqlar da məhv edilir.

Tribunainfo.az-a məlumat verən sakinlər bildirib ki, aparılan bu söküntü və tikinti zamanı çoxillik ağaclar gizli formada kəsilərək daşınır. Sakinlər bildirib ki, bu artıq neçənci belə ağacdır ki, kəsilib.

Sakinlər aparılan işlərə nəzarət edilmədiyini, söküntü aparanların işi necə gəldi gördüyünü bildirib.

Yasamal rayon İcra Hakimiyyətinin məsələyə münasibətini öyrənməyə çalışsaq da, zənglərimizə cavab verən olmadı.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]