Bu qanuna dəyişiklik edilməsi təklif olundu

24-10-2025, 07:34           
Bu qanuna dəyişiklik edilməsi təklif olundu
Azərbaycanda yeni inşa edilən, yenidən qurulan və əsaslı təmir olunan yaşayış və qeyri-yaşayış binaları üçün enerji effektivliyi pasportunun alınması məcburi olacaq.

Bununla bağlı “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanuna dəyişiklik təklif olunub.

Dəyişiklik layihəsi ikinci oxunuşda Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Layihə barədə məlumat verən komitə sədri Sadiq Qurbanov xatırladıb ki, sənədə əsasən, yeni inşa edilən, yenidən qurulan və əsaslı təmir olunan yaşayış və qeyri-yaşayış binaları üçün enerji effektivliyi pasportunun alınması məcburi olacaq. Bununla belə, tarixi abidələr, yardımçı və müvəqqəti tikililər, istixanalar, anbarlar, istehsalat binaları və fərdi yaşayış evləri kimi bəzi obyektlər bu tələbdən azad ediləcək.

Bununla belə, tarixi abidələr, yardımçı və müvəqqəti tikililər, istixanalar, anbarlar, istehsalat binaları və fərdi yaşayış evləri kimi bəzi obyektlər bu tələbdən azad ediləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]