Şirkətlər maaşdan tutulacaq gəlir vergisini kompensasiya edəcəklər? VİDEO

24-10-2025, 17:34           
Şirkətlər maaşdan tutulacaq gəlir vergisini kompensasiya edəcəklər?  VİDEO
Gələn ildən etibarən vətəndaşlar üçün müəyyənləşdirilmiş fiziki şəxslərin gəlir vergisi ilə bağlı güzəştlərin müddəti başa çatır. Artıq 2026-cı ilin yanvarın birindən etibarən fiziki şəxslərlə bağlı əməkhaqqlarına yeni vergilərin tətbiq edilməsi həyata keçiriləcək. Belə ki, təqdim olunan layihəyə əsasən, növbəti ildən etibarən əməkhaqqıları 2500 manatadək olan vətəndaşlarda 3 faiz gəlir verigsi nəzərdə tutulub.

TEREF Xəzər TV-yə istinadən xəbər verir ki, əgər əməkhaqqı 2500 manatdan çoxdursa, 8000 manatdan azdırsa, o zaman bu rəqəm 10 faiz, əgər 8000 manatdan çoxdursa, o halda 14 faiz olacaq.

Millət vəkili Vüqar Bayramov bildirib ki, növbəti illərdə mərhələli şəkildə faizin miqdarı artacaq. 2027-ci ildə bu rəqəm beş faiz, 2028-ci ildə isə 7 faiz olacaq.

Deputat onu da bildirdi ki, bunu kompensasiya etmək, yəni tutulan verginin işçinin əməkhaqqına təsir edib-etməməsi şirkət rəhbərliyinin verəcəyi qərardır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]