Tibbi göndərişi olan xəstə Sabunçu Tibb Mərkəzinə qəbul edilməyib - VİDEO

25-10-2025, 11:25           
Tibbi göndərişi olan xəstə Sabunçu Tibb Mərkəzinə qəbul edilməyib - VİDEO
Əlində tibbi göndərişi olsa da, xəstəni Sabunçu Tibb Mərkəzinə qəbul etmirlər.

"Xəzər Xəbər"in qaynar xəttinə müraciət edən şəxsin özü və yaxınları belə iddia edirlər.Xəstəlikdən əziyyət çəkən İsmayıl Mirzəyevin 38 yaşı var. Deyilənə görə, hər şey 3 ay əvvəl qəfildən başlayıb. Virus səbəbindən sinirləri iflic olub. Bu, getdikcə bütün orqanizmə yayılıb.

İsmayıl Mirzəyevin bacısı Səbinə Mirzəyeva deyir ki, qardaşını təcili xəstəxanaya yerləşdirməyə ehtiyac var. Çünki çətin vəziyyətdədir.

Amma əllərində göndəriş olsa da, onu Sabunçu Tibb Mərkəzinə qəbul etmirlər.

Səbinə Mirzəyevanın iddiasına görə, Sabunçu Tibb Mərkəzi hər dəfə bir səbəb göstərərək qardaşını xəstəxanaya qəbul etmirlər. Sonuncu dəfə isə onlara xəstəxanada yer olmadığı bildirilib.

Məsələ ilə bağlı Sabunçu Tibb Mərkəzindən "Xəzər Xəbər"ə bildirildi ki, növbətçi həkim-nevroloqun baxışı zamanı İsmayıl Mirzəyevin emosional gərginliyini nəzərə alınaraq xəstəyə müvəqqəti olaraq Psixosomatika şöbəsinə yerləşdirilməsi təklif olunub, lakin pasiyent bu təklifdən imtina edib. Mərkəzdən o da qeyd olundu ki, Nevrologiya və Psixosomatika şöbələrinin ixtisaslı həkimləri tərəfindən xəstəyə təkrar baxış keçirildi. Hazırda xəstənin mövcud vəziyyəti nevroloji baxımdan kəskinləşmə dövründə olduğu üçün müalicəsinin Nevrologiya şöbəsində davam etdirilməsi qərara alınıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]