İlkin Süleymanovun vəkilinə ittiham elan olunub

25-10-2025, 10:51           
İlkin Süleymanovun vəkilinə ittiham elan olunub
Gəncədə saxlanılan vəkil Zabil Qəhrəmanova ittiham elan olunub.

APA-nın məlumatına görə, Zabil Qəhrəmanov Cinayət Məcəlləsinin 221.2.2-ci(xuliqanlıq – ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərmək) maddəsi üzrə ittiham olunur.

Onunla bağlı təqdimata bu gün məhkəmədə baxılacağı gözlənilir.

Qeyd edək ki, Zabil Qəhrəmanov oktyabrın 23- də polis tərəfindən saxlanılıb.

Onun Gəbcədə avtoyuma məntəsində bir nəfərlə mübahisə edərək həmin şəxsə xəsarət yetirdiyi iddia olunur.

Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Bir qədər əvvəl Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarına əsasən Zabil Qəhrəmanovun vəkiliyinin 6 ay müddətinə dayandırılması barədə qərar qəbul olunub.

Vəkil Zabil Qəhrəmanov daha çox Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun vəkili kimi tanınıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]