Bəylər Eyyubovun təyinatı barədə xəbər təsdiqləndi – FOTO

26-10-2025, 00:05           
Bəylər Eyyubovun təyinatı barədə xəbər təsdiqləndi – FOTO
TEREF Modern.az-a istinadən xəbər verir ki, artıq Azərbaycan Prezidentinin rəsmi saytında bu barədə məlumat yer alıb.

Bəylər Eyyubov orada Azərbaycan Respublikası Prezidenti Katibliyinin rəisi vəzifəsini daşıdığı qeyd olunub.

General Bəylər Eyyubov 2003-2020-ci illərdə Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi – Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin birinci müavini vəzifəsini tutub.

16 mart 2020-ci ildə Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi təyin edilib. Bu ilin martında onun 74 yaşı tamam olub.

Prezidenti Katibliyinin rəisinin hansı vəzifələr daşıdığı hələlik məlum deyil.

Qeyd edək ki, bu vəzifə əvvəllər də Prezident Administrasiyasının sturuktunda mövcud olub.

1998-1999-cu illərdə Prezident Katibliyinin rəisi — Prezidentin köməkçisi vəzifəsini Eldar Namazov tutub. Daha sonra onun yerinə Dilarə Seyidzadə təyin edilib. 2019-cu ildə o, azad edilib və Prezident Katibliyinin rəisi — Prezidentin köməkçisi vəzifəsi ləğv edilib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru