Azərbaycan Rusiyadan Ermənistana tranzitə icazə verdi

27-10-2025, 00:10           
Azərbaycan Rusiyadan Ermənistana tranzitə icazə verdi
Azərbaycan öz ərazisindən Rusiyadan Ermənistana malların tranzitinə icazə verib.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Malayziyanın paytaxtı Kuala-Lumpurda keçirilən ASEAN tədbirləri çərçivəsində jurnalistlərə açıqlama verib.

Overçukun sözlərinə görə, iki gün əvvəl Azərbaycan tərəfi öz dəmir yollarından istifadə etməklə Rusiyadan Ermənistana məhsul tranzitinə razılıq verib. Hazırda “Rusiya Dəmir Yolları” regional tərəfdaşlarla birlikdə təşkilati məsələləri müzakirə edir. Eyni zamanda Rusiya Kənd Təsərrüfatı Nazirliyinə yeni logistika marşrutunun işlənməsi ilə bağlı göstəriş verilib












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru