Soğan anbarlarda qalıb: Fermerlər məhsulun ucuzluğundan gileylənirlər VİDEO

27-10-2025, 15:24           
Soğan anbarlarda qalıb:
Fermerlər bu il soğanın qiymətinin aşağı olmasından narazıdırlar. Onlar qazanc əldə etmək məqsədilə soğan əkiblər, lakin məhsulu sata bilmirlər.

TEREF Xəzər TV-yə istinadən xəbər verir ki, Ağdamlı fermerlərin sözlərinə görə, əvvəlki illərdə də soğan əkiblər, ancaq bu il sahədən gəlir əldə etmək mümkün olmayıb.

Fermerlər qiymətin maya dəyərindən aşağı olmasının əsas səbəblərindən biri kimi ixrac imkanlarının olmamasını göstərirlər.

Hazırda əllərindəki məhsulu borclarının bir qismini ödəmək üçün maya dəyərindən aşağı satmağa məcbur qaldıqlarını qeyd ediblər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]