Sakinlər Fəzail Ağamalının deputat qızından şikayət etdi - "Dövlətin gördüyü işləri öz adına çıxarır..."

27-10-2025, 11:42           
Sakinlər Fəzail Ağamalının deputat qızından şikayət etdi -
Milli Məclisin 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsindən seçilən deputatı, Ana Vətən Partiyasının (AVP) sədr müavini Günay Ağamalı təmsil olunduğu ərazilərdə dövlətin maliyyəsi hesabına görülən işləri öz adına çıxarmağa çalışır.

TEREF xəbər verir ki, bununla bağlı rayon sakinləri tərəfindən Demokrat.az-a şikayət daxil olub.

Məlumata görə, Günay Ağamalı Salyan, Biləsuvar və Neftçala ərazilərində seçicilərlə keçirdiyi görüşlər zamanı dövlət vəsaiti hesabına həyata keçirilən yolların və kommunal xəttlərin guya onun təşəbbüsü ilə çəkildiyini bildirib.

İddialara görə, Günay Ağamalı icra nümayəndələri və bələdiyyə sədrlərini belə öz yalanlarına alət etməyə təhrik edib, onlara qanunsuz şəkildə tapşırıqlar verib.

Demokrat.az məsələ ilə bağlı deputatla əlaqə saxlasa da, sorğuya onun köməkçisi Pərviz Mirizadə cavab verib.

O, şikayətin əsassız olduğunu deyib:

“Milli Məclisin deputatı Günay Ağamalı seçildiyi 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsi üzrə hər ay mütəmadi olaraq vətəndaş qəbulları keçirir. Qəbullar keçirilmə məqsədinə uyğun olaraq yerli sakinlərin qaldırdığı müxtəlif məsələlərin müzakirəsi çərçivəsində baş tutur. Bu səbədən irəli sürülən istənilən təşəbbüs və ya problemə diqqətlə yanaşılır və aidiyyəti qurumlara həmin məsələlərin həlli istiqamətində yazılı sorğular göndərilir.

Belə olduğu halda, məlum hadisələr çərçivəsində deputat fəaliyyətinin hüquqi normalarını müzakirəyə çıxarmaq, mahiyyətindən kənar istifadə etməyə çalışmaq məhz Günay xanımın sımasında digər millət vəkillərinin də fəaliyyətini şübhə almaq deməkdir. Bu isə ciddi qanun pozuntusudur və bu əsasda hüquqi məsuliyyət yaradan bir situasiyadır.

Biz öz fəaliyyətimizi Konstitusiyadan irəli gələn hakimiyyətlərin bölünməsi prinsipi əsasında həyata keçiririk. Bu mənada bizim vasitəmizlə həlini tapan istənilən məsələ aidiyyəti qurumlarla koordinasiyalı şəkildə öz həllini tapmışdır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]