Bakıda 10 ailənin həyatı təhlükədədir - “Hər an böyük faciə baş verə bilər”

27-10-2025, 17:18           
Bakıda 10 ailənin həyatı təhlükədədir -
Son aylarda yağan intensiv yağışlar nəticəsində Bakıda 10 ailənin həyatı təhlükə altına düşüb.

TEREF Xəzər TV-yə istinadən xəbər verir ki, paytaxtın Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində evlərin divarlarında çatlar əmələ gəlib, hasarlar isə uçub.

Yeni Günəşli yaylası küçəsində yaşayan ailələr deyirlər ki, son bir ildə yağan intensiv yağışlar torpağın sürüşməsini daha da aktivləşdirib. İkimərtəbəli bəzi evlər hər an uçma təhlükəsi ilə üz-üzədir: “Evimdə çatlar baş verib. Bu gündən sabaha ümidimiz yoxdur. Sürüşmə nəticəsində hər an böyük faciə baş verə bilər. Acınacaqlı vəziyyətdəyik. Heç kimdən də kömək ala bilmirik. Hara gedirik, deyirlər ki, öz hesabınıza kirayəyə çıxın. Bizim də elə bir imkanımız yoxdur. Evdə körpə uşaqlarımız var”.

Sakinlər Fövqəladə Hallar Nazirliyinə müraciət ediblər. Qurumun əməkdaşları əraziyə baxış keçirərək, evlərin boşaldılması üçün rəy veriblər. Burada yaşayan vətəndaşların sözlərinə görə, uçma təhlükəsi olan evlərdən birinin sahibi Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən kompensasiya alaraq ərazini tərk edib. Digər 10 ailə də istəyir ki, kompensasiya ödənilsin və təhlükəli zonadan çıxsınlar.

Suraxanı RİH-dən isə bildirilib ki, məsələ araşdırıldıqdan sonra rəsmi açıqlama veriləcək.

Daha ətraflı videomaterialda:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]