İcbari sığorta üzrə yığımlar 17 milyondan çox artdı

29-10-2025, 15:44           
İcbari sığorta üzrə yığımlar 17 milyondan çox artdı
Cari ilin yanvar-sentyabr aylarında icbari sığorta üzrə yığımlar 275 milyon 410 min manat olub.

Valyuta.az xəbər verir ki, bu, icbarı sığorta üzrə yığımlarda 17 milyon 131 min manat və ya 6,63% artımın olduğunu deməyə əsas verir.

Belə ki, ötən ilin eyni dövründə bu sığorta üzrə yığılan sığorta haqları 258 milyon 279 min manat olub.

Eyni zamanda, illik müqayisədə icbarı sığorta üzrə ödənişlərdə də 6 milyon 476 min manat və ya 6,54% artım olub.

Belə ki, cari ilin ilk 9 ayında icbari sığorta üzrə ödənişlər 105 milyon 421 min manat olub ki, ötən ilin eyni dövründə bu göstərici 98 milyon 945 min manat olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]