Dərmanların ucuzlaşmasının arxasında nə dayanır? - AÇIQLAMA

Dünən, 08:18           
Dərmanların ucuzlaşmasının arxasında nə dayanır? - AÇIQLAMA
Apteklərdə bir sıra dərmanların qiymətində endirimlər müşahidə olunur. Bəzən endirimlər 10 faizə qədər olur.

Bəs buna səbəb nədir?

Tibbi ekspert Adil Qeybulla Milli.az-a bildirib ki, dərmanların satış tempi və saxlama müddəti ilə əlaqədardır. İstehsal müddətinin bitməsinə az qalan və ya satışı zəif olan dərmanlara adətən sahibkarlar endirim edirlər. Bu halda müştərini öncədən xəbərdar etmək lazımdır.

Azad İstehlakçılar Birliyinin Sədri Eyyub Hüseynov bildirib ki, ucuzlaşmanın əsas səbəbi əhalinin dərman üçün başqa ölkələrə üz tutmasıdır:

"Dərmanların qiyməti həddən artıq yüksəkdir, ona görə də əhali adətən xarici ölkələrdən dərman almağa üstünlük verirlər. Şəkər xəstəliyində istifadə olunan dərman Azərbaycanda 75 manat, Türkiyədə isə 15 manatdır".

Qeyd edək ki, 2025-ci ilin ilk 9 ayı ərzində ölkə ərazisində 146 milyon qutu dərman vasitəsi idxal edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]