"Sədərək" və otellərdə ƏDV FIRILDAĞI - 7 milyon yedilər

Dünən, 15:22           
"Sədərək" və otellərdə ƏDV FIRILDAĞI - 7 milyon yedilər
Bakı Ağır Cinayətlər Məhkəməsində Samil Kamil oğlu, Fərəhim Səfərov və Yelena Kudinovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən iclasda zərərçəkən Maliyyə Nazirliyinin hüquqlarını müdafiə edən vəkil dəymiş zərərin 250.000 deyil, 4 milyon manat olduğunu deyib. O, eyni zamanda vəsatət qaldıraraq, mühasibatlıq ekspertizasının təyin olunmasını məhkəmədən xahiş edib.

Məhkəmə mütəxəssisin məhkəməyə dəvət ediləcəyi ilə bağlı qərar qəbul edərək, növbəti prosesin 5 noyabr, saat 12:00-a təyin olunduğunu açıqlayıb.

Xatırladaq ki, təqsirləndirilən şəxslər 7 milyon manatdan çox vəsait dələduzluq yolu ilə ələ keçiriblər. Onlar mehmanxanalar, "Sədərək" ticarət mərkəzi, digər iaşə obyektlərində ƏDV-ləri qanunsuz olaraq leqallaşdırıblar. İstintaq sənədlərinə görə, təqsirləndirilən şəxslər müxtəlif şirkətlərdə işləyiblər.

Onların hər biri Cinayət Məcəlləsinin 178.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurma) maddəsi ilə təqsirli bilinirlər. Bundan əlavə, Samil Kamilli əlavə olaraq Cinayət Məcəlləsinin 193-1.2.3-cü (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) maddəsi ilə də ittiham verilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]