Agentlik “passiv” şirkətdən heyvanları yandırmaq üçün 80 minlik avadanlıq alır - TƏFƏRRÜAT

17-12-2025, 00:09           
Agentlik “passiv” şirkətdən heyvanları yandırmaq üçün 80 minlik avadanlıq alır - TƏFƏRRÜAT
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com xəbər verir ki, dövlət satınalmalarının vahid internet portalında tender müsabiqəsinin qalibinin “Haqqıxlı” MMC olduğu qeyd olunub.
Bildirilir ki, tenderin qalibi olan şirkət Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinə heyvanların utilizasiyası üçün yandırıcı avadanlıq satacaq və qarşılığında 79 min 800 manat alacaq.
Qeyd edək ki, kommersiya qurumlarının dövlət reyestri məlumatlarında “Haqqıxlı” MMC adlı şirkət barədə məlumat mövcud deyil. Reyestr məlumatlarında ancaq “Haqqıxlı Construction” MMC (VÖEN – 1101228161) barədə məlumat var.
Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 10 manat olan “Haqqıxlı Construction” MMC 2015-ci ilin 5 avqust tarixində dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Qaradağ rayonu, Lökbatan ŞTQ, Bilal Niftaliyev, ev 37, m. 2-də yerləşən MMC-nin qanuni təmsilçisi Mehdiyev İbad Munsuf oğludur.
Onu da qeyd edək ki, Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında “Haqqıxlı Construction” MMC -nin hazırda “passiv” vergi ödəyicisi olduğu qeyd olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]