Banka borcu olan müştərilərin NƏZƏRİNƏ: Kreditinizi bu cür ödəyə bilərsiniz

17-12-2025, 08:34           
Banka borcu olan müştərilərin NƏZƏRİNƏ: Kreditinizi bu cür ödəyə bilərsiniz
Kredit öhdəliklərinin yerinə yetirilməsi zamanı aylıq ödənişlərin hissə-hissə edilməsi məsələsi bir çox vətəndaşı maraqlandırır. Bəs bu, qanunvericiliklə mümkündürmü və aylıq məbləğin tam ödənilməməsi gecikmə kimi rəsmiləşdirilirmi?

Mövzu ilə bağlı açıqlama verən iqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, kreditin ödəniş qaydası tərəflər arasında bağlanan müqavilə və ya ödəniş qrafiki ilə müəyyən olunur:

“Kreditin hissə-hissə ödənilməsi borc verən və borc alan arasında ya müqavilədə göstərilir, ya da ayrıca ödəniş qrafiki tərtib olunur. Ümumiyyətlə, hər ay üçün konkret ödəniş məbləği və tarix müəyyən edilir”.

Ekspertin sözlərinə görə, aylıq ödənişin hissə-hissə edilməsi yalnız müəyyən edilmiş tarixədək mümkündür:

“Məsələn, müqavilədə göstərilib ki, borcalan hər ayın 15-dək ödəniş etməlidir. Bu tarixədək ödənişi hissə-hissə etmək mümkündür. Lakin ayın 15-də aylıq məbləğ tam şəkildə ödənilməlidir”.

Əkrəm Həsənov vurğulayıb ki, müəyyən edilmiş tarixədək aylıq ödəniş tam şəkildə yerinə yetirilməzsə, bu artıq gecikmə kimi rəsmiləşdirilir və müqavilədə nəzərdə tutulan cərimə və ya əlavə faizlər tətbiq oluna bilər.

Beləliklə, kreditin aylıq ödənişini hissə-hissə etmək qanunvericilik baxımından qadağan deyil, lakin bu, yalnız müqavilədə göstərilən son tarixədək mümkündür. Müəyyən edilmiş müddətdə aylıq məbləğin tam ödənilməməsi isə gecikmə hesab olunur./konkret.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]