Bu il qeydiyyata alınan əmlakın sayı nə qədərdir?

17-12-2025, 09:24           
Bu il qeydiyyata alınan əmlakın sayı nə qədərdir?
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2025-ci ilin yanvar-noyabr ayları ərzində daşınmaz əmlak üzərində 328 061 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib.
TEREF “Oxu.Az”a istinadla xəbər verir ki, qeydiyyata alınan mülkiyyət hüququnun 63 891-i (19.5%) ilkin, 264 170-i (80.5%) isə təkrar qeydiyyatın payına düşür.

Hesabat dövründə fərdi yaşayış və bağ evi üzərində – 64 366, mənzil – 85 424, torpaq sahəsi – 166 494, qeyri-yaşayış binası – 2 832, qeyri-yaşayış sahəsi – 8 172, əmlak kompleksi – 667, çoxmərtəbəli yaşayış binası – 103 və çoxillik əkmələr üzərində – 3 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 91 917-si Bakı şəhərinin, qalan hissəsi isə bölgələrin payına düşür.

Bu ilin yanvar-noyabr ayları ərzində 235 713 texniki pasport tərtib edilib, 56 948 ipoteka müqaviləsi qeydiyyata alınıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]