Ət istehsalında iki dövr: 44 günlük müharibədən əvvəl və sonra

20-12-2025, 09:28           
Ət istehsalında iki dövr: 44 günlük müharibədən əvvəl və sonra
Müharibədən əvvəl (2020) Azərbaycan 630–640 min ton ət (quş əti də daxil) istehsal edirdi, əhalinin ətə olan tələbatın 75–80 %-i daxili imkanlar hesabına qarşılanırdı. Qalan tələbat idxal hesabına təmin edilirdi. Müharibədən sonra (2021–2023) isə, konkret olaraq 2023-cü ildə Azərbaycanda 647 700 ton, 2024 cü ildə isə təxminən 659 000 ton ət istehsal edib. 2025 ci il üzrə ət istehsalının təxminən 550–600 min ton civarında olacağı proqnozlaşdırılır.
Diqqət etdinizmi? 44 günlük müharibədən sonra ərazi bütövlüyümüz təmin olundu. Ona qədər isə Azərbaycan ərazisinin dördə biri, ən əsası isə ən bərəkətli əraziləri geri qaytarıldı. Ancaq ət istehsalında, elə digər sahələrdə də bu qədər torpağın geri qaytarılması elə bir dəyişikliyə səbəb olmayıb. Niyə? Çünki azad olunmuş torpaqlar da oliqarx-məmurlar tərəfindən kütləvi şəkildə satın alınıb. Özü də su qiymətinə. Hər yeri özəlləşdiriblər. Nə özləri o torpaqlarda əkin-biçin edirlər, heyvan saxlayırlar, nə də kasıb əhaliyə həmin ərazilərdən istifadə etməyə imkan vermirlər. Ona görə də Azərbaycan Monqolustandan, Somalidən ət almalı olur...
Problemi necə həll etmək olar? İlham Əliyev oğru məmurların qamarlayıb aldığı həmin əraziləri əliqabarlı insanlara qaytarmalıdır ki, onlar, yəni sadə kənd camaatı həmin torpaqlardan təyinatı üzrə istifadə etsinlər.
Hara fırlanırsan, hara baxırsan hər yerdə problem yan-yana sıralanıb. Hamısının da kökü oğru məmurların hər şeyi qamarlamaq, özününküləşdirmək instinktindən qaynaqlanır. Elə bu səbəbdən də ət qəhətə çəkilir və sürətlə bahalaşır...
Elbeyi Hesenli
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]