ABŞ “qızıl kart” satışından 1,3 milyard dollar gəlir qazanıb

20-12-2025, 12:36           
ABŞ “qızıl kart” satışından 1,3 milyard dollar gəlir qazanıb
ABŞ prezidenti Donald Tramp cümə günü Ağ Evdə çıxışı zamanı “qızıl kart” adlandırılan sürətləndirilmiş yaşama icazəsi proqramından 1,3 milyard dollar gəlir əldə edildiyini bəyan edib.

Valyuta.az xəbər verir ki, Prezident Tramp cibindən “Trump qızıl kart”ını çıxararaq qeyd edib ki, kredit kartından bir qədər böyük ölçüdə olan və üzərində qızılı dizaynla yanaşı Trampın təsviri yer alan bu kartı “əslində bu, gücləndirilmiş yaşıl kartdır”.

“Qızıl kart” proqramı Tramp administrasiyası tərəfindən ABŞ-da yaşamaq istəyənlər üçün nəzərdə tutulan sürətləndirilmiş viza mexanizmidir.

ABŞ ticarət naziri Hovard Latnikin verdiyi məlumata görə, proqram üzrə müraciət haqqı fiziki şəxslər üçün 1 milyon, şirkətlər üçün isə 2 milyon dollardır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]